BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşı Rafael Əzizov barəsində verilmiş protestə baxılıb.

 

Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov 2 il 2 ay müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, həbs olunan Rəfail Əzizov DTX-nin həbs etdiyi gömrük generalı Ehtiram Xəlilovun kürəkənidir.

Tarix: 29 İyul 2022, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin