BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağalı kəndində polis sahə məntəqəsi yaradılıb

Ağalı kəndində Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

 

Bu barədə DİN-dən məlumat verilib.

 

İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

 

Məntəqənin yaradılmasında məqsəd asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunmasıdır. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.

Tarix: 30 İyul 2022, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin