BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ“ Avropanın Top-100-də

“Qarabağ“ Avropanın Top-100-nə düşüb.


Pravda.az xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.


Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.


“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.


Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.


Qeyd edək ki, Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.


Apasport.az

Tarix: 30 İyul 2022, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin