BURADA REKLAMINIZ OLA
BİLƏR

Pirşağıda 1 nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.


Pravda.az bu barədə FHN-ə istinadən xəbər verir.


Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1991-ci il təvəllüdlü Ələsgərov Ağababa Qurban oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Tarix: 30 İyul 2022, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin