BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaylaq festivalından qayıdan jurnalistlər yolda köməksiz qaldı - FOTO

Bu gün Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.


Pravda.az xəbər verir ki, yağış suyu torpaq yolu keçilməz edib.


Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.


Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.


Qeyd edək ki, jurnalistlərin bugünkü səfəri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.


Trend

Fotoları təqdim edirik
Tarix: 30 İyul 2022, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin