BURADA REKLAMINIZ OLA
BİLƏR

Novxanıda gənc oğlan dənizdə batdı - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun batması barədə məlumat daxil olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Qeyd olunub ki, Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

08:11

 

Abşeron çimərliyində gənc oğlan dənizdə batıb.

 

Pravda.az əbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı - nəzarətsiz ərazi) 1998-ci il təvəllüdlü Cəfərov Əkram Naib oğlunun batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Tarix: 31 İyul 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin