BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” “Ferentsvaroş”la oyunlar üçün iştirak ərizəsini göndərdi

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.


Pravda.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov siyahıya aşağıda adları qeyd olunan futbolçuları daxil edib.


Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov


Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina


Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Riçard Almeyda, 8. Marko Yankoviç,10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov,  44.Elvin Cəfərquliyev


Hücumçular: 11. Kvabena Ovusu, 22. Musa Qurbanlı, 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə 


Qeyd edək ki, “Qarabağ”la “Ferenstvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Tarix: 31 İyul 2022, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin