BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ”ın oyununa 4 saata 13 min 500 bilet satıldı

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a  (Macarıstan) qarşı keçirəcəyi ev oyunu biletlər bu gün saat 11:00-da satışa çıxarılıb.


Klubun mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb.


Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.


Satış məntəqələri:


Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);


Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).


Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Tarix: 31 İyul 2022, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin