BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar müəllim vəfat etdi

Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

 

Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub.

 

Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

 

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68  elmi məqalənin müəllifidir.

 

Qeyd edək ki, Norvuzəli Rəhimova 31 oktyabr 2017-ci il tarixdə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Tarix: 1 Avqust 2022, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin