BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq məlumat yaydı

Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb.

 

O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib. İntihar cəhdinin qarşısı alınıb.

 

Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Tarix: 1 Avqust 2022, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin