BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahil Babayev: "Sabah pullar kartlarınızda olacaq"

"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".

 

Pravda.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

 

"Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək", - S.Babayev qeyd edib.

Tarix: 2 Avqust 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin