BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz erməni silahlı dəstələri atəşkəsi pozub, Azərbaycan Ordusunun əsgəri şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

 

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

 

Allah rəhmət eləsin!

Tarix: 3 Avqust 2022, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin