Reklam

Deputat apteklərə, böyük mağazalara baş çəkdi, vəziyyətlə maraqlandı

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncədə apteklərə, böyük mağazalara baş çəkib, vəziyyətlə maraqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bildirilib ki, əczaxanalarda maska və digər gigiyenik vasitələr kifayət qədərdir.

 

Satıcılar deyib ki, alıcıların tələbatı tam ödənilir.

 

Gəncədə böyük mağazalarda hər hansı ajiotaj müşahidə olunmur.

 

Deputata məlumat verilib ki, insanların una tələbatı artıb, əsasən ətraf rayonların sakinləri un almağa üstünlük verirlər, buna görə də müəyyən növbələr müşahidə edilir

 

N.Həmzəyev insanlarla söhbəti zamanı deyib ki, hər hansı panikaya düşməyə, ajiotaj yaratmağa ehtiyac yoxdur, mümkün qədər toplaşmamağa üstünlük verilməlidir.

 

Millət vəkili vurğulayıb ki, hər kəsin tövsiyə edilən qaydalara əməl etməsi məqsədəuyğundur.

 

Tarix: 14 Mart 2020, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin