BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ"ın sabiq futbolçusu vəfat etdi

"Qarabağ"ın və Bakının "İnter" (indiki "Şamaxı") klubunun sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

 

Pravda.az xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

 

Onun ölüm səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010 - 2011-ci illərdə "Qarabağ"da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.

Tarix: 3 Avqust 2022, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin