BURADA REKLAMINIZ OLA
BİLƏR

"Evləri yandırın!" - Laçında qalan ermənilər TƏXLİYƏ EDİLİR

Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyəsinə başlayır.

 

Bu barədə Ermənistanın “pastark” agentliyi məlumat yayıb.

 

Məlumata görə, baş separatçı Araik Arutyunyan bu gün Laçında qalan ermənilərin təxliyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb.

 

Qeyd edək ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir.(publika.az)

Tarix: 3 Avqust 2022, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin