BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid Anar dəfn olundu - YENİLƏNDİ

Azərbaycan Ordusunun dünən şəhid olan hərbi qulluqçusu Şəmkirdə dəfn edilib.

 

Pravda.az-ın məlumatına görə, şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmilli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

***

 

11:33

 

Avqustun 3-ü Laçında şəhid olan əsgər Anar Kazımovla vida mərasimi keçirilir.

 

Pravda.az xəbər verir ki, 18 yaşlı Anar Kazımovun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib. Şəhidimiz vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

Xatırladaq ki, A. Kazımov ötən gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində aldığı güllə yarasından şəhid olub.

 

Şəhidimiz 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub.O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.

 

 

 



 
 
Tarix: 4 Avqust 2022, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin