BURADA REKLAMINIZ OLA
BİLƏR

QHT-lər üçün yeni imkanlar açılır

“30 iyul-1 avqust tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Mingəçevir şəhərində keçirilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı yekunlaşdı. Təlimdə QHT lər üçün məzmunca çox yeni, vacib və önəmli məlumatlar təqdim edildi. Proqram çox peşəkar səviyyədə QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması baxımından, QHT-lərin gələcək fəaliyyətlərinin optimallaşdırılması, təkmilləşdirilməsi, həmçinin layihələrinin beynəlxalq standartlara və beynəlxalq təşkillatların tələblərinə cavab verəcəyi səviyyədə hazırlanması üçün vacib bir yol xəritəsi oldu. Bu təlim QHT-lərin gələcək fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla şəbəkələşmələrinə və beynəlxalq donorlarla əlaqələrinin daha da genişləndirilməsinə əhəmiyyətli təsir göstərəcək. Fikrimcə, təlim QHT sektorunun inkişafına, strukturlaşmasına, dayanıqlığına və fəaliyyətlərinin daha geniş, səmərəli qurmalarına böyük yardım etmiş olacaq, onların peşəkarlığını artıraracaq. QHT-lərin daha böyük nailiyyətlər əldə etməsinə öz töhfəsini verəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.

 

O bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tədbiri çox yüksək səviyyədə təşkil edib: “Layihə effektivlik baxımından QHT-lərə çox vacib və gələcəyə yönəlik fayda verməklə həm inkişaf, həm də mübadilə formatında öz töhfəsini verə bildi. Tədbir dövlətin Vətəndaş Cəmiyyəti İnstutlarının inkişafında maraqlı olduğunun və bunun üçün münbit şəraitin yaradılmasının bariz nümunəsidir”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Avqust 2022, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin