BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

 

"Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Tarix: 4 Avqust 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin