BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbul boğazında iki gəmi toqquşdu

İstanbulda 2 gəmi toqquşub.


Pravda.az xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən türk şirkətinə məxsus “SSI PROVIDENCE” adlı gəmi ilə Liberiya bayraqlı “PHILIPP OLDENDORFF” yük gəmisi toqquşub.


Hadisəyə səbəb “PHILIPP OLDENDORFF” gəmisinin qəfildən digər gəmiyə yanalması olub.


Həmin vaxt “SSI PROVIDENCE” adlı gəmiyə qayıqla ləvazimat daşınırdı.


Qayıqdakı işçilər iki gəmi arasında qalmaqdan son anda xilas olublar.


Qəzada ölən və ya xəsarət alan olmayıb.


APA

Tarix: 6 Avqust 2022, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin