BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözətçini döyüb bağ evini yandıran şəxslərlə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şahlar Novruzov və Rövşən Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Qeyd: 2017-ci il iyunun 27-də saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

 

Hər iki şəxs İ.Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

 

Xatırlatma: İ.Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib, İ.Vasini evə buraxmayıb. İ.Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Novruzov 17 il və Rövşən Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Avqust 2022, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin