BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Qeybulla: “Avtomobilinizi namaz qılanın, seyidin yanına təmirə qoysanız, nəyisə dəyişdiriləcək, oğurlanacaq...”

“Londonda baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanın müttəfiqi yalnız Türkiyədir. Bu qəti qənaətdir. Səfirliyimizə bir dəstə başıpozuq zombilərin hücumu diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır və Birləşmiş Krallığın təhlükəzilik reytinqinə ciddi zərbədir. Digər tərəfdən, bu məsələdə polis və qorumanın fəaliyyətsizliyi görünür...”

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Adil Qeybulla bildirib.

 

A.Qeybulla qeyd edib ki, London hadisələri bir daha sübut edib ki, dini radikalizm dövləti birbaşa təhdid edən bir nəsnədir: “Nəzərə alaq ki, hər bir təriqətin (məzhəbin) siyasi yükü, hədəflərii və demək olar ki, mövcud dini kuralları xeyli, bəzən prinsipial şəkildə təhrif edən dünyagörüşü var. Hüseyn aşiqləri, Fatimə tərəfdarları, Mehdi nökərləri, sələfilər, nurçular və s. kimi bir-birini qətiyyən qəbul etməyən, özünü ən doğru bilən məzhəblərin zombi instinktləri hərəkətə gəldikdə, mərhəmət hissi dəfn olunur, insan qanı suya dönür. Xristianlar bu vəhşi dövrü keçiblər (xaç yürüşləri, Varfolomey gecəsi vəs.), lakin təhsil, mədəniyyət onları yüksək insani məziyyətlərə sahib edə bilib. Aparın maşınınızı bir ingilisin, almanın yanında təmirə qoyun, deyilən vaxtda rahat gəlib onu yüksək səviyyədə təmir olunmuş vəziyyətdə təhvil ala bilərsiniz. Aparın maşınınızı bir namaz qılanın, seyidin və başqa illüzional rütbəli dindarların yanına təmirə qoyun, siz orada yoxsunuzsa, onun nəyisə dəyişdiriləcək, oğurlanacaq və s. Dəfələrlə təsdiq olunmuş faktlar var. Dürüstlük dini inanca deyil, təhsilə, yüksək mədəniyyətə bağlıdır. Təsəvvür edin, XXI əsrin fantastik elmi yenilikləri fonunda, NASA obyektlərinin Yupiterə qədər gedib çıxdığı bir dövrdə, kainat haqda rəqəmsal rabitənin yaratdığı əsrarəngsiz imkanların hesabına real təsəvvürlərin əldə olunduğu bir zamanda bir qrup adam inanır ki, Mehdi adında canlı varlıq zühur edəcək və Yer kürəsində ədaləti bərpa edəcək. Heç kimin dini heysiyyatına toxunmaq istəmirəm, amma inanclarınızı özününzdə saxlayın, heç kimə sırımağa çalışmayın. Azərbaycan dünyəvi dövlətdir və bizim hədəfimiz mütərəqqi dünyaya inteqrasiya etmək və onun bir parçası olmaqdır. Vətənimiz üçün taleyüklü bir dövrdür. Ərazi bütövlüyümüz, müstəqilliyimiz üçün potensial təhlükələr də mövcuddur. Təhdid və təhlükələr bir tərəfdən, diplomatiya ilə öz həllini tapmalı, yoluna qoyulmalı, lazım gələrsə, qətiyyətlə dəf olunmalıdır. Bu dövrdə dövlətimizin yanında yer almaq və onu müsəlləf əsgər kimi qorumağa hazır olmalıyıq!”

 

Kənan

Tarix: 6 Avqust 2022, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin