BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc qızı qaçıran şəxs və atasının məhkəməsi başlayır

Göyçayda gənc qızı oğurlamaqda təqsirləndirilən Feyruz Əliyev və onun atası Mahmud Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində baş verib. Kənd sakini Feyruz Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 2001-ci il təvəllüdlü qızı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb.

 

Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən Feyruz Əliyev və atası saxlanılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 6 Avqust 2022, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin