BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Aşurada dindarların Azərbaycan bayrağı ilə birlik nümayiş etdirmələri təxribat törədənlərə layiqli cavab oldu”

“Avqusutun 4-də Londonda Azərbaycan səfirliyinin binasına radikal dini qruplaşmaların hücumu və törətdikləri təxribat Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda kəskin şəkildə pislənildi. Bu ilk növbədə 1961-ci il Vyana Konvensiyasının bəndlərinin və prinsiplərinin pozulması faktı idi. Ona görə də bu məsələdə Böyük Britaniya dövləti məsuliyyət daşıyır. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək etirazını bildirib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bu məsələdə əsas olan Azərbaycan ictimaiyyətinin, eləcə də dindarların mövqeyidir: “Aşura mərasimi zamanı Azərbaycan dindarlarının əllərində Azərbaycan bayrağı ilə birlik, vəhdət nümayiş etdirmələri bu təxribatı törədənlərə layiqli cavab oldu. Onların Azərbaycanda guya dindarların sıxışıdırılması, ölkənin müsəlmalıqdan uzaqda qalması kimi iddiaları suya düşmüş oldu. Bu radikal qüvvələr Azərbaycanı teokratik dövlətə çevirmək, dini əsaslarla idarə olunmağımızı istəyirlər. Onların bütün bu iddia və təhdidlərinə qarşı isə dindarlarımız vəhdət ortaya qoydular və bayraq əllərində dövlətimizin yanında olduğunu göstərdilər. Bu birlik radikal qruplaşmalara ən yaxşı cavab oldu. Onların Azərbaycanda xaos, anarxiya yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq hədəfləri iflasa uğradı. Radikallar ünvanı səhv saldıqlarını və Azərbaycanda bunu etməyin mümkün olmadığını gördülər. Qoy, onlar belə siyasi və dini hoqqabazlıqlarını başqa ölkələrdə keçirsinlər. Azərbaycan onlar üçün münasib yer deyil, çünki burada xalq-hakimiyyət birliyi var. Ölkədə insanların dini ainlərini yerinə yetirmək üçün hər bir şərait yaradılıb”.

 

Leyla Yusubova

Tarix: 6 Avqust 2022, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin