BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov sərəncam imzaladı: Bu gündən...

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb.

 

Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:

 

İşçi Qrupun rəhbəri

 

Azərbaycan Respublikasının energetika naziri

 

İşçi Qrupun üzvləri:

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidur.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix: 6 Avqust 2022, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin