BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirliyə hücumun "drijor"unun kimliyi məlum oldu

"Londonda Azərbaycan səfirliyinə hücumu "Mehdinin xidmətçiləri" deyilən dəstənin həyata keçirdiyi bildirilir. Hər halda "Mehdinin xidmətçiləri" İraq ərazisindəki xidmətçiləri kimi təqdim edilir. Amma burada İran izi axtaranlar da çoxdur”.

 

Bu sözləri Reyting.az-a professor Qabil Hüseynli Azərbaycan səfirliyinə hücumdan danışarkən deyib.

 

Onun sözlərinə görə, "Mehdinin xidmətçiləri” kimlərin sifarişini həyata keçirib",- sualı da ortaya çıxır. Q. Hüseynli bildirib ki, Azərbaycanın "Mehdinin xidmətçiləri" ilə ideoloji və digər ziddiyyətləri mövcud deyil: “Doğrudur, bəzən deyirlər ki, bizim bəzi məscidlərdə ərəb dilində yazılan plakatlar yığışdırılıb. Bu da normldır. Məncə, Məhərrəmlikdən istifadə edən bəzi qüvvələr - İranın "Beşinci kolonu”nun fəal üzvləri vəziyyəti gərginləşdirirlər. Hətta bəziləri iddia edir ki, proses İran tərəfindən istiqamətləndirilib".

 

Professor xatırladıb ki, "Mehdinin xidmətçiləri" bir neçə il əvvəl İranın Londondakı səfirliyinə də basqın ediblər: "Amma bu qrup 1 il əvvələ qədər İranın xidmətində olub. İddia olunur ki, onların başçıları Mehdi əl-Sədr Səudiyyəyə çağırılıb və bundan sonradan oradan maliyyələşib. Amma həmin qüvvənin arxasında İranın maraqlarına xidmət edənlərin olduğu da bildirilir.

 

Səfirliyimizə hücum zamanı başı əmmaməli bir nəfər var. O, Azərbaycan əleyhinə şüarların səsləndirilməsinə “drijorluq” edir. Onun Azərbaycanda dini rejim qurmaq istəyən və Kərimə dövləti planları olan “Huseyniyyə” qrupunun üzvü olduğu deyilir”.

 

Q. Hüseynli diqqətə çatdırıb ki, “Huseyniyyə” qrupunun üzvləri bir neçə il əvvəl Gəncədə insan təlafatı ilə başa çatan olaylarda fəallıq ediblər: “Bunlar bir sıra yerlərdə dini dövlət qurmaq iddiasına düşüblər. Bunlardan biri də, səfirlik qarşısında başı əmmaməli “drijorluq” edən Musa Əsədzadədir. Onun azərbaycanlı olduğu və İran tərəfindən bu hərakatın içinə salındığı iddia olunur. Sadəcə, bu prosesləri ümumiləşdirdikdə burada bizi İranla toqquşdurmaq istəyən dairələrin, lap İranın özünün də əli ola bilər. Bizə bir növ xəbərdarlıq edir, “Qisas” əməliyyatından sonra gözdağı vermək istəyirlər. Amma bu, bir o qədər də uğurlu variant deyil. Bununla Azərbaycanı sarsıtmaq və hədəflərinə mane olmaq mümkünsüzdür.

 

Mən bu məsələlərdə İran izinin axtarılmasının tərəfdarıyam. Ümumən İranın əli çatdığı yerlərdə törətmək istədiyi hərəkətlərlə Londonda səfirliyimizə edilən hücum arasında oxşarlıqlar da tapmaq mümkündür".

 

Q. Hüseynli əlavə edib ki, bu məsələdə Britaniya hüquq-mühafizə orqanları məsuliyyət daşıyırlar: "Belə iddialar var ki, Britaniya hüquq-mühafizə orqanlarında səfirliyə hücumla bağlı məlumat olub. Sadəcə, bunun reallaşmasını gözləyiblər, daha sonra hücum edənlərin təşkilatçılarını saxlayaraq onlardan gələcəkdə bu təşkilatın Braniyada olan uzantılarını sıradan çıxarmaq hədəfi olub. İndi səfirliyə hücum edənlərdən bir neçə nəfərin saxlanıldığı və dindirildiyi bildirilir”.

 

Q. Hüseynlinin fikrincə, Londonda baş vermiş hadisə son nəticədə onu təşkil edənlər ifşasının başlanğıcı olacaq.

Tarix: 6 Avqust 2022, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin