BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Rusiyaya qaz ödənişlərini rublla edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı qaz tədarükünə görə rublla ödənişlərə keçməyə başlamaq barədə razılıq əldə olunub.

 

Türkiyə lideri bu barədə Soçidən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində bildirib.

 

“Biz Putinlə (təbii qaz ticarəti üzrə) rublla ödənişlərə razılaşdıq. Ümid edirik ki, bu, hər iki ölkəyə maliyyə faydası gətirəcək”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O əlavə edib ki, beş türk bankı ödənişlər üçün Rusiyanın “Mir” sistemindən istifadə etmək istiqamətində işlər aparır.

Tarix: 6 Avqust 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin