BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat Kəmaləddin Heydərovdan şikayətləndi: "Üç gündür, zəng edirəm..."

Sabiq deputat Etibar Hüseynov Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən şikayətlənib.

 

Pravda.az-ın xəbərinə görə, o, FHN-nin “112 qaynar xətti”nə etdiyi zənglərin nəticəsiz olduğunu bildirib.

 

Onunla FHN əməkdaşı arasında olan dialoqu təqdim edirik:

 

“Üç gün ərzində “qaynar xətt”ə etdiyim sayca 5-ci zəngdir:

 

- Sizə 3 gün ərzində 5-ci dəfədir, zəng edirəm. Niyə heç bir reaksiya yoxdur?

 

- Vətəndaş, sizin müraciətiniz aidiyyatı üzrə hər yerə yönləndirilib.

 

- “Aidiyyatı üzrə” deyiləndə, hara yəni?

- Yəni, icra hakimiyyəti, yanğınsöndürən, qaz idarəsi, yerli şöbə və s.

 

- Ay xanım, icranı-filan qoydum bir tərəfə, niyə Abşeron şöbənizdən maraqlanmırlar heç olmazsa?

 

- Həftəsonudur, yəqin, bir az gecikir, 1-ci gün əlaqə saxlayarlar.

 

- Həftəsonu nədir, ay xanım? Mən 3 gündür, zəng edirəm e..

 

- İşimiz aidiyyatı üzrə yönləndirməkdir...”

Tarix: 6 Avqust 2022, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin