BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cəmiyyətin, hətta iqtidarın etimadını itirmiş parlament buraxılmalıdır” – Tural Abbaslı

“Növbədənkənar parlament seçkilərinin olması ilə bağlı şayiələr çoxdan var. Bunun olması üçün referendum keçirilir, konstitusiya dəyişikliyi olunur və parlamentin seçilmə forması dəyişdirilir. Yəni proporsional seçki sistemi tətbiq olunur. Bundan sonra isə yeni konstitusiyaya uyğun növbədənkənar parlament seçkiləri keçirilir və yeni şərtlərə uyğun parlament formalaşdırılır”.

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri təəssüflə bildirib ki, hələlik bu istiqamətdə hər hansı addım atılmır və bu, sadəcə, şayiə şəklində qalır: “Məntiq də, siyasi reallıq tez bir zamanda referendumun keçirilməsini, yəni konstitusiyaya dəyişikliyin olunmasını və proporsional seçki sisteminin bərpa edilməsini tələb edir. Bunun bir çox müsbət cəhətləri var. Belə ki, bu, demokratiyanın, çoxpartiyalı sistemin inkişafı baxımdan faydalıdır. Cəmiyyətin, hətta iqtidarın etimadını itirmiş parlament buraxılmalıdır və növbədənkənar, yeni şərtlərə uyğun, siyasi reallıqları nəzərə alan parlament formalaşdırılmalıdır. Əlbəttə, bunlar 2023-cü il ərzində olsa, vətənə və xalqa daha faydalı olar. Amma təəssüf ki, bunun olub-olmayacağı və nə zaman olacağı ilə bağlı qərarı nə xalq, nə də müxalifət verir. Bu iqtidarın əlində və səlahiyyətində olan məsələdir”.

 

Leyla Yusubova

Tarix: 7 Avqust 2022, 07:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin