BURADA REKLAMINIZ OLA
BİLƏR

Biləsuvardakı qəzanın görüntüləri - VİDEO

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan qoşqulu traktorla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

 

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Kamal Məmmədov

 

Tarix: 6 Avqust 2022, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin