BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu Əli Nağıyevə müraciət etdi

“Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumda məni ən çox ağrıdan radikal dini quruplaşmanın üzvlərinin bayrağımızı yerə atıb öz dini bayraqlarını qaldırılması oldu. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə müraciət edirəm, Azərbaycanda o dini qruplaşmanın nümayəndələri var, ölkəmi sevən vətəndaş kimi xahiş edirəm ki, onların zərərləşdirilməsini tezliklə həyata keçirəsiniz”.

 

Pravda.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu qeyd edib ki, Azərbaycan böyük dövlətlərin miqyasına çıxıb, bu da qısqanclıq yaradır: “Belə təxribatlar ola bilər. Onun üçün Venesiya Konvensiyasına istinad edərək diplomatların və diplomatik binaların təhlükəsizliyi təmin edilməlidir. Bu gün Azərbaycanda olan bütün səfirlikləri dövlətimiz qoruduğu kimi, bizim səfirliklər də xarici ölkələrdə qorunmalıdır”.

 

Kənan

Tarix: 7 Avqust 2022, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin