BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktrisa qəzaya düşdü - FOTO

53 yaşlı aktrisa Enn Heç Los-Ancelesin Mar Vista məhəlləsindən keçərkən idarəetməni itirərək yaşayış binasının qarajına çırpılıb.

 

Yerli sakinlər ona kömək etməyə çalışıb və maşından düşməsini istəyiblər. Aktrisa isə buna məhəl qoymaraq maşını idarə etməyə davam edib. Bu dəfə isə o, yoldan çıxaraq yaxınlıqdakı evə çırpılıb.

 

Onun maşını sürətlə sürdüyü isə kamerala düşüb. Hətta Ennin spirtli içkidən istifadə etdiyi bildirilib. Dəhşətli qəza həm avtomobilin, həm də binanın alışmasına səbəb olub. 59 nəfərlik yanğınsöndürmə briqadasına yanğını söndürmək və Heçini avtomobildən çıxarmaq üçün bir saatdan çox vaxt lazım olub. Hazırda ağır yanıq xəsarətləri alan aktrisa ağır vəziyyətdə reanimasiyadadır.

 

Xatırladaq ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.

 

Axsam.az

Fotoları təqdim edirik
Tarix: 7 Avqust 2022, 09:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin