BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Ələt-Qazax magistralında sərnişin avtobusu qəza düşdü

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində, minik maşınında olan bir nəfər ölüb, bir nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Tarix: 7 Avqust 2022, 10:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin