BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Bir müəllim 40 şagirdə 45 dəqiqədə fərdi necə yanaşa bilər?”

“Təhsilinə nümunə kimi həsəd apardığımız ölkələrdə 12-18 nəfərlə formalaşan siniflər bizdə 35-40, bəzən 45 şagirdlə doldurulur. Guya kurikulumun əsas fəlsəfəsində, uşaqlara şəxsiyyət kimi yanaşmaq, bacarıqlarını artırmaq və bunun üçün hər şagirdə fərdi yanaşmaqdır. Bir müəllim 40 uşağa 45 dəqiqədə fərdi necə yanaşa bilər? Nəzərə alsaq ki, müəllimlər kifayət qədər mənasız yazı-pozu işlərilə yüklənir və bu yazı pozuya hər dərs üçün  20-25 dəqiqə lazımdır, onda bir dərs ərzində hər şagirdə 25 saniyə vaxt ayıra bilir. Dünyanın hansı ölkəsində şagirdə düşən zaman 25 saniyədir?”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

E.Əmirov qeyd edib ki, orta təhsilin inkişafı üçün ən vacib amil kimi dərs saatı ərzində şagird başına düşən zaman indekatorundan istifadə etmək lazımdır: “Məhz indekator keyfiyyətə əsas xidmət edən göstərici olar.  Hər şagirdə düşən zamanı artırmaq üçün isə mütləq şəkildə ilk növbədə siniflərdə uşaqların sayını azaltmaq lazımdır. Çox gözəl anlayıram ki, bu asan iş deyil. Çünki buna böyük məbləğdə pullar lazımdır. Siniflərin bölünməsi, yeni siniflərin yaradılması, yeni məktəblərin tikilməsi və yeni müəllimlərin tədrisə qəbul edilməsini tələb edir. Bu isə böyük maliyyə vəsaiti tələb edir. Buna görə də paytaxtlarda şagird sıxlığının dözülməz halda olduğuna baxmayaraq, hazırda davam edən Müəllimlərin İşə Qəbulu üzrə vakansiya seçimi üçün Bakı üzrə ibtidai sinif müəllimləri üçün cəmi 42 vakant yer çıxarılıb. Onun da 35-ə yaxını Bakının kənarlarına aiddir. Şəhərin daxili və əhali çox olan hissələri üzrə təxminən 7 vakant yer var. Xırdalan kimi şəhərdə isə bircə vakant yer belə, yoxdur.  Təkrar edirəm ki, bu işə küllü miqdarda pul lazım olduğunu anlayırıq. Amma onu da bilirik ki, təhsil dövlət büdcəsində ən çox vəsait ayrılan sahələrdəndir. Təhsilə ayrılan vəsaitin xərc strukturunda siniflərin bölünməsi məsələsinə diqqət artırılmalıdır. Bu həm təhsilin keyfiyyətinə ən ciddi təsir göstərən amil olar, həm də məşğulluğa tövhəsini verər.  Yeni vakant yerlər açılar və diaqnostik imtahanda 6-7 bal yığanların müəllim işlədiyi təhsil sistemə heç olmasa MİQ-də 80+ bal toplayan yeni potensial müəllimlər daxil olar. Daha bir məsələ, vakant yerlərin müəyyən edilməsinin effektivliyini ölçməkdir. Bunun üçün hər il MİQ öncəsi dünyasını dəyişən, pensiyaya çıxan və s. səbəbdən tədrisi tərk edən müəllimlərin statistikası açıqlanmalıdır.  Yalnız bu zaman  real və elan edilən vakant yerlər arasındakı fərqin miqyası müəyyən etmək olar”.

 

Kənan

Tarix: 7 Avqust 2022, 11:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin