Qısqanclıq zəminində baş verən cinayətlərin sayı son vaxtlar daha da artıb. Ümumiyyətlə, zərif cinsin nümayəndələri həyat yoldaşları, ataları, bəzən də qardaşları tərəfindən müxtəlif arqumentlərlə qətlə yetirilirlər. Bu kimi halların artması cinslər arasında qarşıdurmanın bir qədər dərinləşdiyini göstərir. Bəs görəsən, buna səbəb nədir? Kişilər qadınlara niyə güvənmirlər? Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan Uşaqlar” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, qız uşağını bəzi ailələr hələ ana bətnindən sevmirlər:
“Qızdan imtina ana bətnindən başlayır. Qız uşağı bəzi ailələr üçün seçimə çevrilib. Doğulacaq körpənin qız olduğunu bilən zaman aborta üz tuturlar. Ailələrdə oğlanlara daha çox diqqət edirlər. Qızlar çox zaman kənarda qalırlar. Qızlara uşaq vaxtından səsini qısmağı öyrədirlər. Ailələr də belə formalaşmağa başlayır. Bunu bütün ailələrə şamil etmək olmaz”.
K.Ağazadə qeyd edib ki, erkən nikahların qarşısını almaq lazımdır:
“Qətllərin kökündə erkən nikah dayanır. Bunun qarşısını almaq üçün düzgün maarifləndirmə işi aparılmalıdır. Bunun kökünü birdəfəlik kəsə bilmərik. Qətllərdən çox, erkən nikahların qarşısını almaq lazımdır ki, nəticəsi uğursuzluqla bitməsin. Erkən nikah qısqanclıq zəminində qətllərə səbəb olub.
Nə qədər düzgün maarifləndirmə aparılsa, nəticəsini görəcəyik. Maariflənməyə ciddi nəzarət lazımdır. Cəmiyyətdə üzdə olan insanlar düzgün danışmalıdırlar. Öz ailəsində problem olub, danışanlar düzgün mesaj ötürməyəcəklər. Biz bununla problemlərə yol açmış oluruq. Maarifləndirməyə daha çox önəm verməliyik”.
Sosioloq Əhməd Qəşəmoğlu isə əlavə edib ki, kişilər qədim adət-ənənələri qorumağa çalışırlar, qadınlar isə yeni informasiyaların təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər:
“Kişi-qadın qarşıdurmasının konkret səbəbləri var. Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, həssaslaşır. İndi həm kişilər, həm də qadınlar arasında vəziyyət gərginləşib. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır”.
Ə.Qəşəmoğlu kişilər arasında maarifləndirmə işinin aparılmadığını deyib:
“Bizdə maarifləndirmə işi eybəcər şəkildə aparılır. Qadınlara demokratiya, azadlıqdan danışırlar. Kişilərlə isə maarifləndirmə işi ümumiyyətlə aparılmır. Kişilər qədim adət-ənənələrin qorunmasına çalışırlar, qadınlar isə yeni təbliğatın və aldıqları informasiyanın təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər. Kişilər buna hazır deyillər. Qadınlar bunu necə gəldi, mahiyyətini başa düşmədən edirlər. Bu zaman qarşıdurma yaranır, ziddiyyət yaranır. Qadınlar səhərdən axşama qədər kişiləri təhqir edirlər. Bu zaman kişi yığır, daha sonra patlayır. Kişinin də gücü yumruğu və ya bıçağındadır”.
27 Aprel 04:26
27 Aprel 04:16
27 Aprel 04:13
27 Aprel 03:53
27 Aprel 03:49
27 Aprel 03:41
27 Aprel 03:38
27 Aprel 03:37
27 Aprel 03:30
27 Aprel 03:16
27 Aprel 02:55
27 Aprel 02:43
27 Aprel 02:31
27 Aprel 02:21
27 Aprel 02:11
27 Aprel 00:36
26 Aprel 23:23
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
Ən son xəbərləri səhifəmizdən də izləyin