BURADA REKLAMINIZ OLA
BİLƏR

İslamiada: Azərbaycanın həndbol yığmasına texniki qələbə verildi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.


Pravda.az-ın məlumatına görə, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.


Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.


Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.

Tarix: 7 Avqust 2022, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin