BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ləğv prosesində olan bank 2 şirkəti məhkəməyə verdi

Ləğv prosesində olan “Bank Standard” QSC "Azəri Steel-2009" MMC və "Baku Steel Company" QSC-ni məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, “Bank Standard” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.


İddia hakim Emin Əliyevin icraatına verilib.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

Tarix: 8 Avqust 2022, 18:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin