BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilal Əliyev: “Biri “TikTok”da yazdı ki, “sənin “kepka”nı “tık-tık-tık”... ayıb deyil?!” - VİDEO

Xalq artisti Bilal Əliyev son günlər gündəm olan “TikTok” videolarına görə haqqında danışılanlara münasibət bildirib.

 

B.Əliyev Pravda.az-a müsahibəsində əvvəlcə “TikTok”da izləyicisini təhqir etməsinə aydınlıq gətirib:

 

“Çıxışımdan hiss olunur ki, kimsə papağımı söyür. Bir nəfər zəng vurdu, dedi ki, bu papaq haradan alınıb? Doğrudan da, Azərbaycanda olmayan papaqdır. İngiltərədən gəlmiş “kepka”dır. Mədəni şəkildə deyəcəyəm, başqa bir adam da “TikTok”da yazdı ki, “sənin “kepka”nı “tık-tık-tık”...” Ayıb deyil? Belə insanları gərək birdəfəlik şəbəkədən siləsən. Axı düzgün yazmırlar. Hərə nə istəyir, onu yazır. Gərək insanlar bütün sosial şəbəkələrə şəxsiyyət vəsiqələri ilə girsinlər. Onda heç kim qorxusundan təhqir yaza bilməz. Sosial şəbəkələrin hamısından istifadə edirəm. Orada dostlarımızla, bütün dünya ilə əlaqə qururuq. Əgər “TikTok”, “Facebook”, “İnstagram”, “Twitter” kimi şəbəkələr varsa, o demək deyil ki, insanlar bir-birilərini söyməlidirlər. Bu şəbəkələr onun üçün yaradılıb ki, insanların əli bir-birinə tez çatsın, sözlərini deyə bilsinlər. Ağıllı insanlar məsləhətlər verə bilsinlər. Ümumiyyətlə, yaxşı şeylərin təbliğatı getməlidir. Durub söyüş söymək nəyə lazımdır? Girib gündəlik hadisələrə, məlumatlara baxmaq üçün nə vaxt “TikTok”u açıram, görürəm, elə oradakı bütün tanınmış insanlar hamısı şikayət edirlər ki, səhifəmizdə “comment” yazıb, söyürlər. Ay balam, nəyinə lazımdır sənin “comment” yazıb onu söymək? Nədir sənin marağın? Gör nə qədər qanacaqsız insandır ki... Həvəsə bax insanda. İnsanda tərbiyəsizliyə, qurdluluğa bax ki, gedib ailəsinin namusunu, qeyrətini çəkmir, bir tikə qazanıb ailəsini dolandırmır, “TikTok”da ora-bura girir, söyüş, təhqir yazır. Bir qrup insan var ki yalnız neqativ axtarır. Tutaq ki, kimsə başdan-ayağa qüsur içərisindədir. Deyirlər ki, ayağı yoxdur, gözü yoxdur, nə bilim, eybəcərdir. Allah yaradıb, sən yaratmısan onu, yoxsa mən? Sizi də, məni də, bütün doğmalarımızı, hər şeyi yaradan var, yaradan Allahdır. Hünərin çatırsa, Allahla danış, Allahdan öyrən ki, niyə onu yaradıb?”

 

Xalq artisti “TikTok”da “Maybach” adlı izləyicisinə “may bacı” dediyi üçün gülüş hədəfinə çevrilməsinə də münasibət bildirib: “Yazanda adı düzgün yazmayıblar da... Yaşıma görə ola bilər ki, gözüm düzgün görməz. Sonra həmin istifadəçi bizim əlifba hərfləri ilə orada yazdı ki, “maybak”. “Maybak” yazandan sonra mən də dedim ki, “I am sorry, Maybak...””

 

Aytəkin Qardaşova

 

Tarix: 8 Avqust 2022, 17:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin