BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistana Azərbaycanın 3 vətəndaşı vətəndaşı turist kimi səfər edib...”

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfərə gəlib. Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletləri od qiymətinə olmasına baxmayaraq Azərbaycana gələn turist sayı az da olsa, Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli, məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, ilk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci (251 035 nəfər), ABŞ 2-ci (13 017 nəfər), Almaniya 3-cü (8 554 nəfər), Fransa 4-cü (7 687 nəfər), Ukraynadır isə 5-ci (7 663 nəfər) sıradadır: “Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib. ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub, çünki Azərbaycan hökuməti hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb edir, Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir. 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşı turist kimi səfər edib...”

Tarix: 9 Avqust 2022, 10:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin