BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov saxlanıldı - YENİLƏNDİ

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun köməkçisi Fidan Quliyeva M.Mənsimovun saxlanılmasını təsdiqləyib.

Pravda.az-ın xəbərinə görə, F.Quliyeva deyib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

 

***

 

"Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

Pravda.az-ın xəbərinə görə, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.

Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılıb.

Bildirilir ki, "Palmali Group" şirkətinin təsisçisi FETÖ istintaqı çərçivəsində saxlanılıb və onun olduğu ünvanda axtarışlar aparılıb.Report

Tarix: 15 Mart 2020, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin