BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdam xəstəxanasında 12 tibb işçisi zəhərlənib - YENİLƏNDİ - 2

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

 

Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

 

***

 

14:33

 

Pravda.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Poliklinika şöbəsində çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib.

 

Onlar hazırda xəstəxanada müalicə olunur.

 

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

 

***

 

14:29

 

Ağdamda Mərkəzi Xəstəxananın tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

 

Pravda.az-ın Trendə istinadən verdiyi xəbərə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.

 

 

Tarix: 9 Avqust 2022, 14:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin