BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxsin oğlu intihar etdi

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 

17 yaşlı Nicat Məhərrəmov özünə qəsd edib. O, yaşadığı binanın yaxınlığındakı çoxmərtəbəli binanın 17-ci mərtəbəsinə qalxaraq dəhlizdə özünü asıb.

 

Araşdırmalar zamanı məlum olub ki, intihar edən 17 yaşlı Nicat “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı İdarəsinin rəis müavini Namiz Məhərrəmovun oğludur.

 

Nicat bu il orta məktəbi bitirib və sənədlərini ali məktəbə verib. O, buraxılış və qəbul imtahanlarında ümumilikdə 600 bal toplayaraq yüksək nəticə göstərib. 17 yaşlı gəncin hansı səbəbdən intihar etməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır. (News24.az)

Tarix: 9 Avqust 2022, 17:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin