BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi “Səhliyalı” şirkətini cərimələdi

Səhliyalı kiçik müəssisəsinə cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

Tarix: 9 Avqust 2022, 20:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin