BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah daha bir məlumat yaydı

Azərbaycanda koronavirusa 563 yeni yoluxma qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

Tarix: 9 Avqust 2022, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin