BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ"ın "Viktoriya" ilə oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

 

Pravda.az-ın məlumatına görə, Ağdam təmsilçisi" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

 

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.

Tarix: 10 Avqust 2022, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin