BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yol polislərin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

 

“Həmin məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

 

Bu gün isə həmin yol polislərinin polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.

Tarix: 10 Avqust 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin