BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması qaydası müəyyənləşdi

Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”ni təsdiqləyib.

 

Sənədə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun, habelə abidələrin qorunması sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq, Şuşa şəhəri Dövlət Qoruğunun ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin yerinə yetirildiyini aşkar etdikdə, həmin işlərin sifarişçisi olan, sifarişçini müəyyən etmək mümkün olmadıqda isə həmin işləri bilavasitə yerinə yetirən vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə bu Sənədə 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı icrası məcburi olan yazılı göstərişlər verir.

 

Göstəriş abidələrə təhlükə yaradan işlər nəticəsində müdaxiləyə məruz qalmış abidəyə baxış keçirilən zaman aşkar olunmuş müdaxilə faktının rəsmiləşdirildiyi, bu Sənədə 2 nömrəli əlavədə nəzərdə tutulmuş formada tərtib edilmiş “Müdaxiləyə məruz qalmış abidənin texniki vəziyyəti haqqında akt” əsasında İdarə tərəfindən verilir. Aktda abidəyə baxış keçirilən zaman aşkar olunmuş hər bir müdaxilə faktı ayrıca təsvir olunur.

 

Göstərişdə yerinə yetirilən işlərin abidələrə yaratdığı təhlükənin mahiyyəti də daxil olmaqla aşağıdakılar göstərilir:

 

- Göstərişi vermiş dövlət orqanının (qurumunun) adı;

 

- Göstərişin yazılma tarixi və yeri, qeydiyyat nömrəsi;

 

- barəsində Göstəriş verilmiş şəxsə dair məlumat (vəzifəli şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, hüquqi şəxsin tam adı, hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, qeydiyyat ünvanı (müəyyən etmək mümkün olduqda);

 

- barəsində Göstəriş verilmiş şəxsin yerinə yetirdiyi işlərlə təhlükə yaratdığı abidəyə aidiyyəti (mülkiyyətçisi, icarəçisi, istifadəçisi, yerinə yetirdiyi işlərin sifarişçisi və ya podratçısı);

 

- tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri qeyd olunmaqla, aşkar edilmiş pozuntunun izahı, abidəyə edilmiş müdaxilə faktının təsviri və abidəyə yaradılan təhlükənin mahiyyəti;

 

- bu Sənəddə nəzərdə tutulan akt barədə məlumat;

 

- yerinə yetirilən işlərlə təhlükəyə məruz qalmış və ya məruz qalacaq abidələrin sayı, növü, ünvanı, sahibi barədə məlumat;

 

- tətbiq edilən məhdudlaşdırıcı tədbir (tədbirlər), o cümlədən bu Sənədin 3-cü və 4-cü hissələrinə uyğun olaraq abidəyə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması;

 

- barəsində Göstəriş verilmiş şəxs tərəfindən təhlükənin aradan qaldırılması üçün yerinə yetirilməli tədbirlər, həmin tədbirlərin icra müddəti, dərhal yerinə yetirilməli təxirəsalınmaz tədbirlər;

 

- Göstərişdən şikayət verilməsi qaydası və şikayətin verilməsi müddəti;

 

- Göstərişi vermiş vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası;

 

- Göstərişi vermiş dövlət orqanının (qurumunun) möhürü.

 

- Göstəriş abidəyə müdaxilə faktı aşkarlandığı tarixdən 3 (üç) iş günü ərzində verilməlidir.

 

Abidələrə təhlükə yaradan işlərin dayandırıldığı hallarda yalnız Göstərişdə müəyyən edilən təhlükənin aradan qaldırılması tədbirləri ilə bağlı işlərin yerinə yetirməsinə yol verilir. Barəsində Göstəriş verilmiş şəxs Göstərişdə nəzərdə tutulmuş tədbirləri yerinə yetirməli, abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılmasına və ya dayandırlmasına əsas olmuş pozuntuları aradan qaldırmalı və bu barədə İdarəyə yazılı məlumat təqdim etməlidir. Məlumatın təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində barəsində Göstəriş verilmiş şəxsin iştirakı ilə pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalıdır. Yoxlama nəticəsində Göstərişdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilmədiyini və abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılmasına və ya dayandırllmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, İdarə bu barədə barəsində Göstəriş verilmiş şəxsi yazılı məlumatlandırmaqla Göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərclərin, habelə dəymiş zərərin əvəzinin ödənilməsini həmin şəxsdən tələb edir.

 

Məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində İdarə yoxlama zamanı pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, Göstəriş qüvvədən düşmüş hesab olunur.

 

Abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında onlar üçün təhlükə yaradan aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilir:

 

- abidələrin yerləşdiyi ərazidə və onların mühafizə zonalarında nəqliyyat vasitələrinin hərəkəti

 

- abidələr üçün təhlükə yarada biləcək tikinti və mühəndis-kommunikasiya təminatı sistemində və (və ya) xətlərində təmir-tikinti işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülmədikdə;

 

- texniki avadanlıq, qurğu, cihaz və sair abidələrin təhlükəsiz istismarına mane olduqda.

 

- Abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin dayandırılması ilə bağlı qərar qəbul edilir:

 

- tikinti və ya təsərrüfat işləri zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə;

 

- abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri dövlət mülkiyyətində olan abidələrə münasibətdə İdarənin qərarı, dövlət mülkiyyətində olmayan abidələrə münasibətdə isə İdarənin razılığı olmadan aparıldıqda;

 

- abidələrin tarixi-memarlıq və bədii-estetik görkəmi dəyişdirildikdə, uçurulduqda və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat işləri aparıldıqda, habelə digər hər hansı fəaliyyət həyata keçirildikdə;

 

- müvafiq icazə və mütəxəssis nəzarəti olmadan yerli əhəmiyyətli abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi aşkar edildikdə;

 

- inşaat və abadlıq işləri aparılarkən abidələrin konfiqurasiyasının, ənənəvi küçə şəbəkələrinin dəyişdirildiyi aşkar edildikdə;

 

- İdarənin razılığı olmadan abidələrin öyrənilməsinə və arxeoloji qazıntılar aparılmasına dair işlər görüldükdə.

 

Тazirlər Kabinetinin izahında bildirilir ki, bu qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanua uyğun olaraq, həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə hazırlanıb. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir. Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.

Tarix: 11 Avqust 2022, 19:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin