BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti qərar verdi - Azərbaycanda bu şəxslər... VİDEO

Azərbaycanda turoperatorların məsuliyyətinin sığortası ilə bağlı işçi qrupu yaradılacaq. Bununla bağlı Nazirlər Kabineti qərar imzalayıb. Qərara əsasən həm daxili, həm də xarici turlar icbari qaydada sığortalanacaq. Ekspertlər hesab edirlər ki, bu rəqabəti və keyfiyyəti artıracaq

 

Turistlərin həm daxili, həm də xarici səfərləri icbari qaydada sığortalanacaq. Turizm üzrə ekspert Ruslan Quliyevin sözlərinə görə, indiyə qədər əsasən bu könüllü xarakter daşıyırdı. Buna görə də, bəzi hallarda turagentlərin və turoperatorların diqqətsizliyi səbəbindən turistlər səfərlər zamanı müəyyən məhrumiyyətlərlə qarşılaşırdılar. Artıq belə halların minimum endirilməsi üçün bundan sonra turoperatorların və turagentlərin mülkü məsuliyyəti sığortalanacaq

 

Başlıca məqsəd pandemiya dövründə zəifləyən səfər sığortasının post-pandemiya dönəmində yenidən aktivləşdirilməsi və səyahət zamanı ortaya çıxan gözlənilməz halların sığortalanmasıdır. Bu həm də bazarda rəqabətliliyi də artıracaq

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu barədə məlumatlar 15 gün müddətində turizm reyestrinə daxil etməlidirlər.

 

Tarix: 11 Avqust 2022, 22:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin