BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çox ucuz və savadsız yanaşmadır" - Səfər Mehdiyevlə bağlı tənqid olunan deputat danışdı

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevi DYP əməkdaşları tərəfindən saxlanılarkən göstərdiyi kobud rəftara görə tənqid edib. Deputatın bu tənqidi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri Bəhruz Məhərrəmovun aprel ayında Səfər Mehdiyevlə görüşü ilə bağlı etdiyi paylaşımı xatırladaraq bildiriblər ki, deputat keçmiş DGK sədrini vəzifədə olarkən tənqid edə bilmirdi, lakin indi tənqid edir.

 

Bəhruz Məhərrəmov Pravda.az-a açıqlamasında haqqında söylənən fikirlərə münasibət bildirib:

 

“Çox ucuz və dayaz, eyni zamanda çox savadsız yanaşmadır. Burada söhbət polisə münasibətdə törədilən əməldən gedir. Polisin təhqir olunması əməlinin əks olunduğu video nə zaman yayılıbsa, o zaman da münasibət bildirmişəm. Video əvvəl yayılsaydı, mütləq mövqeyimi bildirərdim. Hər bir vətəndaş bu kimi əməlləri qınamalıdır. Kim ki, diqqəti başqa istiqamətə yönəldir, deməli, bu əməli ört-basdır etmək istəyir. O ki, qaldı Mehdiyev vəzifədə olandə tənqid məsələsinə, görməyən açsın gözünü və əvvəlki tarixlərə baxsın. Məsələn, elə siz özünüz xırda axtarış verin görün Dövlət Gömrük Komitəsinin fəaliyyətini hansı formada tənqid (https://avtosfer.az/az/yazarlar/deputat-gomruk-qerarina-etiraz-etdi-i%CC%87nsanlari-narazi-salmayin-107931, https://xeber.media/news/17536531/deputatdan-dgk-sedrine-bu-dovletin-meqsedlerine-ziddir ) etmişik. Hətta bizim media qurumları dekabrın sonunda DGK-nın fəaliyyətini tənqid edən deputatların siyahısını (https://axar.az/news/gundem/608750.html) da yaymışdı, o siyahıda mənim də adım qeyd olunub. Səfər Mehdiyevlə görüşümüz barədə paylaşıma gəldikdə, aprel ayında görüşmüşük, müzakirə aparmışıq, o paylaşımda da Komitənin fəaliyyətinin hansısa təqdir və tənqidindən söhbət getmir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2022, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin