BURADA REKLAMINIZ OLA
BİLƏR

"“Quran"da namazın məhz ərəbcə qılınması tələbi yoxdur” - Azər Həsrətdən daha bir açıqlama

“Sadəcə bir söz dedik. Dedik ki, namaz öz dilimizdə qılınarsa, yaxşıdır. Dərhal da sionist elan edildik. Elan edənlər də fars-molla rejiminin uzantıları oldu. Biz illərdir deyirik ki, bir tərəfdə şiəlik fars milliyyətçiliyi üçün, digər tərəfdə də sünnilik ərəb milliyyətçiliyi üçün istifadə edilir. Ona görə də müsəlmanlara çağırış edirik ki, istər sünni, istər şiə olun, amma kor-koranə farsın və ərəbin ardınca getməyin. Amma kimə deyirsən?”

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib.

 

“Bizim islamla, onun məzhəbləri ilə heç bir işimiz yoxdur. Bizim davamız bu məzhəblərin arxasına gizlənib ərəb və fars milliyyətçiliyi edənlərlədir. Bu fərqi fərq edin nəhayət ki… Namazın məhz ərəbcə qılınmasına gəlincə, "Quran"da belə bir tələb yoxdur. Varsa, bilənlər bizi də bilgiləndirsin”, - o, bildirib.

 

Xatırlatma: Azər Həsrət ötən gün saytımıza müsahibəsində namazın Azərbaycan dilində qılınmasının daha məntiqli olduğunu söyləmişdi. Onun bu fikirləri geniş müzakirəyə səbəb olub.

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin