BURADA REKLAMINIZ OLA
BİLƏR

“Quska“ Prezidentə müraciət etdi

Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət təqibinin” dayandırılması xahişi ilə müraciət edib.

 

Pravda.az turan-a istinadla xəbər verir ki, Abdullayev qondarma ittihamlarla həbs edildiyini vurğulayıb.

 

O, Prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur”.

 

“Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, - deyən Abdullayev yazır və dövlət başçısının onun əsassız cinayət təqibinə son qoyacağına əminliyini bildirir.

Tarix: 12 Avqust 2022, 19:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin